Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir
07.10.2026 [15:28]
Xəbərin mətni
Qədimdən bu günə gəlib çatan laylalar analarımızın beşik başında övladlarına olan sevgisini, məhəbbətini və doğmalığını ifadə edən ən qiymətli mənəvi irslərimizdəndir. Bu layihə həmin zəngin irsi yaşatmaqla yanaşı, onu gələcək nəsillərə çatdırmaq baxımından da böyük əhəmiyyət daşıyır. Bunu jurnalistlərə açıqlamasında Xalq artisti Gülyaz Məmmədova deyib.