Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
10.10.2026 [14:25]
Türkiyənin xarici siyasətində gənclər mühüm yer tutur. Türk Dövlətləri Təşkilatı çərçivəsində gənclərimizin, xüsusilə texnologiya və iqtisadiyyat sahələri başda olmaqla, bütün istiqamətlərdə əməkdaşlığının inkişafına böyük əhəmiyyət veririk. Gələn ildən etibarən Türk dünyası gənclərinin görüşünü davam etdirməyi planlaşdırırıq. Gələn il Türk dünyasının mədəniyyət paytaxtı seçilən Kayseridə bu görüşün ikincisini keçirəcəyik. İnanıram ki, gələn il Türk dünyasının müxtəlif ölkələrindən minlərlə tələbə və gənclə görüşəcəyik. Bu fikirləri mətbuata açıqlaması zamanı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu bildirib.