Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir

12.10.2026 [18:35]

Xəbərin mətni

Azərbaycan və Kamboca bir-birindən uzaqda yerləşsələr də, məqsədləri oxşardır. Hər iki ölkə davamlı inkişaf etməyə, iqtisadiyyatını gücləndirməyə və müasirləşməyə çalışır. Bunu Kamboca Ticarət Palatasının prezidenti və ASEAN Biznes Məsləhət Şurasının sədri Neak Oknha Kith Meng Azərbaycan-Kamboca biznes-forumunda deyib.