Azərbaycan Dövlət İnformasiya Agentliyi

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir

13.10.2026 [12:29]

Xəbərin mətni

Ödəniş və Rəqəmsal Bankçılıq Şuramızın gündəliyində yerli ödəniş infrastrukturunun inkişafı, məsafədən bank xidmətlərinin sadələşdirilməsi, elektron ticarətdə təhlükəsizliyin gücləndirilməsi və türk dövlətləri ilə ödəniş əlaqələrinin genişləndirilməsi mühüm yer tutur. Bu məsələlərin banklar, fintex şirkətləri və Mərkəzi Bank arasında dialoq əsasında müzakirəsini vacib hesab edirik. Bu sözləri Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Bakıda keçirilən “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı” adlı tədbirdə deyib.