Azərbaycan Dövlət İnformasiya Agentliyi

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir

13.10.2026 [12:30]

Xəbərin mətni

Türkiyə və Azərbaycan arasında maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, ödəniş sistemlərinin inkişafı və sərhədlərarası ödəniş imkanlarının artırılması mühüm əhəmiyyət daşıyır. Bu sözləri Türkiyə Respublikası Mərkəzi Bankının Ödəniş Sistemləri və Maliyyə Texnologiyaları üzrə icraçı direktoru Ahmet Buğday Bakıda keçirilən “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı” adlı tədbirdə çıxışı zamanı deyib.