Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib
13.10.2026 [15:25]
Xəbərin mətni
Bura idmanımızın inkişafı üçün çox vacib olan bir təhsil ocağıdır. Bu zallardan çoxlu sayda tanınmış idmançımız çıxıb. Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Respublika Olimpiya İdman Liseyinin (ROİL) əsaslı təmir və yenidənqurmadan sonra açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.