Azərbaycan Dövlət İnformasiya Agentliyi

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır

14.10.2026 [21:39]

Xəbərin mətni

Bakıda keçirilən kəlağayı yürüşü milli dəyərlərimizin qorunması və təbliği istiqamətində olduqca əhəmiyyətlidir. Burada əsas məqsədimiz keçmişimizi yaşatmaq, milli-mədəni irsimizi gələcək nəsillərə ötürməkdir. Bunu AZƏRTAC-a açıqlamasında “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin sədri Turanə Orucova bildirib.