Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

14.10.2026 [21:42]

Xəbərin mətni

"Kəlağayı yürüşü" təşkil etməkdə əsas məqsədimiz milli-mənəvi dəyərlərimizi, xüsusilə də milli örpəyimiz olan kəlağayını təbliğ etmək, gələcək nəsillərə ötürmək və bu dəyərlərin qorunmasına töhfə verməkdir. Əsas hədəfimiz gənclərdir. İstəyirik ki, onlar milli irsimizi daha yaxından tanısın, bu dəyərləri mənimsəsin və gələcək nəsillərə çatdırsınlar. Bunu AZƏRTAC-a açıqlamasında “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva deyib.