Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb
15.10.2026 [10:56]
Xəbərin mətni
Çinin “Zhuque-2E Y4” raketdaşıyıcısı 10 peyki təyin olunmuş orbitə uğurla çıxarıb. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Bildirilib ki, buraxılış Qansu əyalətində yerləşən Dunfın (Dongfeng) Kommersiya Kosmik Buraxılış İnnovativ Eksperimental Zonasından həyata keçirilib.