Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müharibədə mesaj yazdı ki, toya gedirik

23.10.2026 [18:25]

Xəbərin mətni

Vətən müharibəsində igidliyi və döyüş əzmi ilə seçilən qəhrəmanlarımızdan biri də leytenant Murad Nağıyev olub. O, müharibənin ilk günlərindən döyüşlərə qatılaraq Füzuli və Cəbrayıl rayonlarının azadlığı uğrunda aparılan əməliyyatlarda iştirak edib. Murad Nağıyev oktyabrın 11-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Qəhrəman leytenant oktyabrın 20-də Bakıda, II Fəxri xiyabanda torpağa tapşırılıb və Vətən uğrunda canından keçən igidlərimizdən biri kimi xatirələrdə yaşayır.