Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sirojiddin Abdullayev: Azərbaycanla sosial xidmətlər sahəsində 20-yə yaxın əməkdaşlıq həyata keçirilib

23.10.2026 [21:00]

Xəbərin mətni

Azərbaycanla sosial xidmətlər sahəsində 20-yə yaxın əməkdaşlıq həyata keçirilib. Xüsusilə, Azərbaycanın DOST mərkəzləri nümunəsində Özbəkistanda da mərkəzlər yaradılıb. Bunu jurnalistlərə açıqlamasında Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktor müavini Sirojiddin Abdullayev deyib.