Milli Məclisin deputatı: Kitab sərgisi mütaliə mədəniyyətinin təbliğində mühüm platformadır
24.10.2026 [18:09]
Xəbərin mətni
XII Bakı Beynəlxalq Kitab Sərgisi ölkəmizin mədəni və elmi həyatında mühüm hadisələrdən biridir. Xüsusilə gənclərin sərgiyə böyük maraq göstərməsi, tədbirdə fəal iştirakı olduqca sevindiricidir. Bu baxımdan sərgini ölkəmizin mədəni həyatında əlamətdar hadisələrdən biri kimi qiymətləndirmək olar. Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.