Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elşən Ağayev: Almaniya Azərbaycanlı Tibb İşçiləri Birliyinin məqsədi Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir

25.10.2026 [10:42]

Xəbərin mətni

Almaniya Azərbaycanlı Tibb İşçiləri Birliyi (AMD) olaraq altıncı illik konfransımızı Ayzenax şəhərində təşkil etdik. Ənənəvi olaraq, builki konfransda da AMD üzvləri ilə yanaşı, Almaniya və Azərbaycandan, eləcə də ABŞ, İngiltərə, Kanada və Türkiyədən həkimlər və tibb mütəxəssisləri iştirak edirlər. Bunu AZƏRTAC-a açıqlamasında AMD İdarə Heyəti sədrinin müavini, otolarinqoloq Elşən Ağayev deyib.