Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həkim Mina Mustafayeva: Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin fəaliyyəti genişlənir

25.10.2026 [10:45]

Xəbərin mətni

Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) Ayzenax şəhərində keçirilən altıncı konfransına 150-dən çox həkim və tibb işçisi qatılıb. Ötən illə müqayisədə iştirakçıların sayında ciddi artım var və bu, AMD üçün böyük uğurdur. Bunu AZƏRTAC-a açıqlamasında Birliyin İdarə Heyəti sədrinin müavini, Auqsburq şəhərində klinika rəhbəri Mina Mustafayeva bildirib.