Elşən Qarayev: Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin fəaliyyətinə maraq getdikcə artmaqdadır
25.10.2026 [13:16]
Xəbərin mətni
Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) artıq altıncı illik konfransını keçiririk və bu tədbirlərdə iştirakçıların sayının artmasını görmək olduqca sevindiricidir. AMD-nin fəaliyyətinə təkcə azərbaycanlı tibb işçiləri deyil, Almaniyanın səhiyyə sistemini təmsil edən mütəxəssislər də maraq göstərirlər. Bu da birliyin inkişafının və uğurlu fəaliyyətinin göstəricisidir. Bunu AZƏRTAC-a açıqlamasında AMD-nin İdarə Heyətinin üzvü, nüvə təbabəti sahəsində fəaliyyət göstərən həkim Elşən Qarayev bildirib.