Ceyhun Bayramov: Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir
26.10.2026 [15:37]
Xəbərin mətni
Azərbaycan dövləti xoşməramlı mövqeyini nümayiş etdirərək, son bir il ərzində Ermənistanla sülh prosesinin irəliləməsi naminə bir sıra birtərəfli addımlar atıb. Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov niderlandlı həmkarı Tom Berendsenlə birgə keçirdiyi mətbuat konfransında deyib.