Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Hacıyev: Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb

26.10.2026 [17:08]

Xəbərin mətni

2023-cü ildə antiterror tədbirlərindən sonra Azərbaycan hökuməti və Prezident İlham Əliyev strateji uzaqgörənlik və siyasi öhdəliyini nümayiş etdirdi, Ermənistanla ilk növbədə sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış etdi. Azərbaycan xalqı üçün bu, asan bir qərar deyil. Sadəcə, özünüzü ölkəsi 30 il işğal altında qalmış, bütün mədəni və dini irsi illər boyu işğal olunmuş ərazilərdə dağıdılmış Azərbaycan xalqının yerində təsəvvür edin. Bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI