Prezidentin köməkçisi: Azərbaycan revanş almaq niyyətində deyil
26.10.2026 [17:09]
Xəbərin mətni
Azərbaycan-Ermənistan münasibətləri haqqında danışanda səmimi olmalıyıq. Müəyyən çox acı xatirələr var ki, biz gözümüzü bağlayıb o xatirələri Azərbaycan xalqının yaddaşından silə bilmərik. Bu da bizim tariximizin və mədəniyyətimizin bir hissəsinə çevrilir. Bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.