Azərbaycan Dövlət İnformasiya Agentliyi

AQTİ “HALAL” sertifikatlaşma prosesini davam etdirir

26.10.2026 [17:13]

Xəbərin mətni

“HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının İslam qaydalarına uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir. Eyni zamanda, istehsalçı müəssisənin məhsullarına etibarlılığı, eləcə də istehsalı, dövriyyəsi və ixracı imkanlarını artırır. Bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Sertifikasiya şöbəsinin müdiri Vüsal Əmirxanov bildirib.