Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Hacıyev: Azərbaycan və Yaponiya arasında vizasız rejimin genişləndirilməsi mümkündür

26.10.2026 [17:44]

Xəbərin mətni

Yapon filminin çəkilişlərindən sonra Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq. Biz görürük ki, onlar Azərbaycanı olduqca maraqlı istiqamət kimi kəşf edirlər. Vizasız gediş-gəliş rejimi üçün birillik sistem tətbiq etmişik və əlbəttə ki, bunun uzadılmasını səbirsizliklə gözləyirik. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiya zamanı deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI