Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlətyarlı kəndi doğma sakinlərini qarşılamağa hazırlaşır

27.10.2026 [10:11]

Xəbərin mətni

Böyük Qayıdışın yeni ünvanlarından biri də Füzuli rayonunun Dövlətyarlı kəndi olacaq. Uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz evlərinə, xatirələrinin iz saldığı küçələrə, uşaqlıqlarının keçdiyi torpaqlara qayıdacağı gün artıq uzaqda deyil. Vaxtilə həyatın öz axarı ilə davam etdiyi bu kənddə indi yenidən evlər tikilir, yollar salınır, sosial infrastruktur yaradılır.