Dünyanın aparıcı texnologiya şirkətində çalışan azərbaycanlı: Süni intellekt bir çox işləri əvəz edəcək
27.10.2026 [14:38]
Xəbərin mətni
Azərbaycanın Ağdaş rayonundan dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan “Meta”ya uzanan karyera yolu keçən azərbaycanlı mütəxəssis Aqşin Nəbiyev artıq altı ildir Londonda çalışır. Hazırda o, “Meta”nın əsas sistemlər və infrastrukturun idarə olunması bölməsində baş proqram mühəndisi vəzifəsini icra edir. Həmyerlimiz şirkətə məxsus məlumat mərkəzlərinin (data center) avtomatlaşdırılması ilə məşğuldur.