Azərbaycan Dövlət İnformasiya Agentliyi

Başqalarına demokratiya dərsi keçən Avropada nələr baş verir?

01.11.2026 [17:01]

Xəbərin mətni

Uzun illər demokratiya, insan hüquqları və qanunun aliliyi prinsiplərindən danışaraq digər ölkələrə irad bildirən Avropa dövlətləri bu gün özləri kütləvi etirazlar və qarşıdurmalarla üz-üzədir. Fransada başlayan etirazların digər Avropa ölkələrinə yayılması, nümayişçilərlə polis arasında toqquşmalar, dağıntılar və kütləvi həbslər müşahidə olunur. Bəs başqalarını diktator olmaqda ittiham edənlər öz ölkələrində baş verənlərə necə münasibət göstərirlər? Milli Məclisin deputatı Rasim Musabəyov Avropada yaranmış vəziyyəti şərh edib.