Məşqçi: Cüdoçumuz 8 ildən sonra tarixi qələbəni təkrarladı
03.11.2026 [10:27]
Xəbərin mətni
Həqiqətən, bu, sevindirici haldır. 2018-ci ildə Vüqar Talıbov Olimpiya çempionu olmuşdu. Səkkiz il keçdikdən sonra İbrahim Talıbov həmin tarixi qələbəni təkrarladı. Bu, hamı üçün sevindiricidir. Bu sözləri AZƏRTAC-a açıqlamasında “Dakar-2026” Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycanın yeniyetmə cüdoçusu İbrahim Talıbovun (55 kiloqram) məşqçisi Emin İsgəndərov deyib.