Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yığmanın məşqçisi: Cüdoçumuzun qızıl medal qazanacağını gözləyirdik

03.11.2026 [10:28]

Xəbərin mətni

Yeniyetmələr arasında ikinci Olimpiya çempionumuzun Vətənə qayıtması çox sevindirici haldır. Yarışdan əvvəl də İbrahim Talıbovun qızıl medal qazanacağını gözləyirdik. Nəhayət, idmançımız verdiyi sözə əməl etdi. Milli komandanın məşqçisi kimi bu uğura mən də sevinirəm. İnanıram ki, bu nəticə gələcəkdə gənclər və böyüklər arasında da təkrarlanacaq. Bu sözləri AZƏRTAC-a açıqlamasında yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Nicat Şıxəlizadə Azərbaycan cüdoçusu İbrahim Talıbovun “Dakar-2026” Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı danışarkən deyib.