Metyu Brayza: ABŞ investorları Azərbaycanda süni intellekt infrastrukturuna artan maraq göstərirlər
03.11.2026 [14:29]
Xəbərin mətni
ABŞ-nin texnologiya şirkətləri arasında Azərbaycanda məlumat mərkəzlərinin və süni intellektlə bağlı digər infrastrukturun yaradılmasına investisiya imkanlarını araşdırmağa maraq artır. Bu tendensiya yaxınlarda keçirilmiş Azərbaycan İnvestisiya Forumunda da özünü göstərib. Mən həm Azərbaycan hökuməti, həm də ABŞ-nin “Abbott Capital” özəl investisiya şirkətinin tərəfdaşı kimi əməkdaşlıq etdiyim şirkətlərin nümayəndələri, potensial işçilər, müəssisələr və investorlarla şəxsi təmaslarım zamanı bu marağın şahidi oluram. Bunu açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.