Azərbaycan Dövlət İnformasiya Agentliyi

Silahdaşını qucağında itirən müəllim bu gün şagirdlərinə Vətən sevgisini aşılayır

06.11.2026 [16:29]

Xəbərin mətni

44 günlük Vətən müharibəsinin iştirakçısı, Faiq Rəfiyev adına 166 nömrəli məktəb-liseyin fiziki tərbiyə müəllimi Ülvi Qurbanovun döyüş yolu yaddaşında silinməz izlər buraxıb. Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edən, yaralanan və yaxın silahdaşını qucağında itirən Ülvi Qurbanov bu gün müharibə xatirələrini şagirdləri ilə bölüşür, onlara Vətən sevgisi, torpağa bağlılıq və vətənpərvərlik ruhu aşılamağa çalışır. O, döyüş meydanında qazandığı təcrübəni müəllimlik fəaliyyəti ilə birləşdirərək gələcək nəslin fiziki və mənəvi cəhətdən güclü yetişməsinə töhfə verməyi əsas məqsədlərindən biri hesab edir.