Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çinli tələbələr və müəllimlər Azərbaycan xalqının Zəfər Gününü təbrik ediblər

07.11.2026 [18:35]

Xəbərin mətni

Azərbaycanın Zəfər Günü Azərbaycan Dillər Universitetində təhsil alan çinli müəllim və tələbələr üçün də əlamətdar hadisəyə çevrilib. Universitetin Konfutsi İnstitutunda tədbir keçirilib və Çin nümayəndələri bu əlamətdar tarix münasibətilə Azərbaycan xalqını həm Çin, həm də Azərbaycan dillərində təbrik ediblər. Bu barədə AZƏRTAC-a Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib.