Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəşad Mahmudov: Zəfər bayramı münasibətilə Berlində Azərbaycan-Alman Tibb Günlərinin keçirilməsi qürurverici hadisədir

08.11.2026 [10:40]

Xəbərin mətni

Berlində Azərbaycan-Alman Tibb Günləri konfransının keçirilməsi əlamətdar hadisədir. Əlbəttə ki, bu konfrans Almaniyada təhsil alan, həkimlik fəaliyyəti göstərən və burada çalışan tibb mütəxəssisləri və azərbaycanlı elm adamlarının birgə platformasıdır. AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Berlində keçirilən və 8 Noyabr – Zəfər Gününə həsr olunan Azərbaycan-Alman Tibb Günləri ilə bağlı media nümayəndələrinə açıqlamasında söyləyib.