Londonda Zəfər Günü təntənəli şəkildə qeyd olunub
08.11.2026 [10:48]
Xəbərin mətni
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbir Britaniya Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutub. Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Türkiyənin Londondakı səfiri Osman Koray Ertaş, Böyük Britaniya parlamentinin üzvü Nesil Çalışkan, Barnet rayonunun meri Zahra Beg, Britaniya Azərbaycanlıları Assosiasiyasının sədri Hafiz Baxşəliyev, diaspor nümayəndələri, eləcə də Azərbaycan və türk icmalarının üzvləri iştirak ediblər.