Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor Ramazan Cabbarlı: Azərbaycan-Alman Tibb Günlərinin hər iki ölkədə mütəmadi keçirilməsi nəzərdə tutulur

08.11.2026 [10:53]

Xəbərin mətni

Berlində 20-ci Azərbaycan-Alman Tibb Günlərinin keçirilməsi çox vacib və uzun müddətdir arzuladığımız bir tədbirdir. Bu konfransa Azərbaycandan gəlmiş 50-yə yaxın həkim qatılıb. Konfransda müasir tibbdə texnologiyaların və süni intellektin tətbiqi kimi müxtəlif maraqlı mövzular müzakirə olunub. Bu barədə 8 Noyabr – Zəfər Günü münasibətilə Berlində keçirilən Azərbaycan-Alman Tibb Günlərinin həmsədri, Almaniyanın Essen Universiteti Klinikasının Neyrocərrahiyyə şöbəsinin həkimi, professor Ramazan Cabbarlı media nümayəndələrinə açıqlamasında bildirib.