Qurbanxan Müslümov: 100-dən çox azərbaycanlı həkim Berlin küçələrində Zəfər Gününü qeyd edəcək
08.11.2026 [10:55]
Xəbərin mətni
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Səhiyyə Nazirliyi, TƏBİB və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilati dəstəyi, habelə hər iki ölkədə çalışan azərbaycanlı həkimlərin birliklərinin təşkilatçılığı ilə 20-ci Azərbaycan-Alman Tibb Günləri beynəlxalq konfransı keçirilib. Tədbirdə Azərbaycandan gəlmiş 50-yə yaxın və Almaniyanın müxtəlif klinikalarında çalışan 100-dən çox tibb mütəxəssisi iştirak edib. Bu barədə Azərbaycan-Alman Tibb Günlərinin həmsədri professor Qurbanxan Müslümov media nümayəndələrinə açıqlamasında deyib.