Vətən müharibəsi iştirakçısı: Zəfər Gününün sevincini doğma Ağdamda yaşayıram
08.11.2026 [12:17]
Xəbərin mətni
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yaddaşına tariximizin ən şanlı səhifələrindən biri kimi yazılıb. Bu Zəfərə gedən yolun hər səhifəsində Vətən sevgisi, torpaq həsrəti, qəhrəmanlıq və fədakarlıq dayanır. Ağdam şəhərindəki Şəhidlər xiyabanında, Vətən müharibəsi şəhidlərinin xatirə lövhəsi qarşısında həmsöhbət olduğumuz Ucal Əliyevin həyat hekayəsi də həmin mübarizənin canlı nümunələrindəndir.