“Biz Zəngilana qayıdacağıq” – illərlə yaşayan ümid Zəfərlə doğma yurda qayıdışa çevrildi
09.11.2026 [15:51]
Xəbərin mətni
Zəngilanın firavan günlərindən müharibənin ağrı-acısına, uzun illər davam edən yurd həsrətindən doğma şəhərə Zəfərlə qayıdışa qədər uzanan bir ömür yolu. Soltan Quliyev və həyat yoldaşı Tərlan Quliyeva üçün Zəngilan təkcə xoş xatirələrlə dolu doğma yurd deyil, həm də illərlə qəlblərində yaşatdıqları qayıdış arzusunun gerçəkləşdiyi müqəddəs məkandır. 1993-cü ildə ağır şəraitdə doğma torpaqlarını tərk edən ailə uzun illər məcburi köçkünlük həyatı yaşayıb. Bu gün isə onlar Zəngilan şəhərində yenidən qurulan həyatın sevincini dadırlar.