Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş konsul: İnanıram ki, Zəngəzur dəhlizinin açılması fəaliyyət dövrümə təsadüf edəcək

10.11.2026 [15:33]

Xəbərin mətni

Türkiyə Cümhuriyyətinin qurucusu, böyük öndər Mustafa Kamal Atatürkün əbədiyyətə qovuşmasının 88-ci ildönümünü, Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvanda anmaq üçün bir araya gəlmişik. Atatürk böyük lider, görkəmli dövlət xadimi, məğlubedilməz sərkərdə, islahatçı, cümhuriyyətçi, xalqçı və sülhsevər insan olub. O, türk cəmiyyətinin milli dəyərlərinə bağlı qalmaqla yanaşı, eyni zamanda elmə və sənətə açıq bir cəmiyyətə çevrilməsini hədəfləyib. Onu, silahdaşlarını və bütün şəhidlərimizi rəhmətlə anıram. Qazilərimizə minnətdarlığımı və təşəkkürümü bildirirəm. Bu sözləri jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvandakı Baş konsulu Ali Sevim deyib.