Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsa Həbibbəyli: Əcəmi sənəti qədim Naxçıvan torpağının intibah mədəniyyətinin mühüm nişanəsidir

13.11.2026 [22:10]

Xəbərin mətni

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əcəmi Naxçıvaninin 900 illik yubileyinin doğma diyarı Naxçıvanda qeyd olunması ölkəmizdə mədəniyyətə və tarixi şəxsiyyətlərə dövlət səviyyəsində göstərilən böyük ehtiramın bariz nümunəsidir. Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Naxçıvanda jurnalistlərə müsahibəsində deyib.