Agentlik sədri: Süni intellekt daha strateji və yaradıcı düşünməyimiz üçün bizə geniş meydanlar açır
18.11.2026 [11:46]
Xəbərin mətni
Süni intellekt daha strateji və yaradıcı düşünməyimiz üçün bizə geniş meydanlar açır. Süni intellekt təkrarlana bilən işləri avtomatlaşdırdığına görə biz artıq rutin işləri ona həvalə edib, özümüz daha yaradıcı işlər ortaya qoya bilərik. Bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Gələcəyin Peşələri Sammitinin rəsmi açılış mərasimində çıxış edərkən deyib.