Ceyhun Bayramov: Azərbaycan-Almaniya əlaqələri tarixi dostluq münasibətlərinə əsaslanır
18.11.2026 [11:55]
Xəbərin mətni
Azərbaycan-Almaniya əlaqələri tarixi dostluq münasibətlərinə əsaslanır. İki ölkənin münasibətləri hər zaman qarşılıqlı hörmət, beynəlxalq hüquq, dövlətlərimizin maraqlarının nəzərə alınması əsasında formalaşıb. Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında deyib.