Nazir: Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi bu ilin 9 ayında 1 milyard dollar olub
18.11.2026 [12:02]
Xəbərin mətni
Ötən il Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard ABŞ dolları təşkil edib. Cari ilin ilk doqquz ayında isə bu göstərici təxminən 1 milyard dollar olub. Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında deyib.