Azərbaycan Dövlət İnformasiya Agentliyi

NİİM-dən sürücülərə xəbərdarlıq: Operativ nəqliyyat vasitələrinin arxasınca düşmək qəza riskini artırır

18.11.2026 [12:06]

Xəbərin mətni

Paytaxt yollarında müşahidə edilən və təəssüf doğuran hallardan biri də bəzi sürücülərin operativ nəqliyyat vasitələrinin arxasınca ara məsafəsi gözləmədən hərəkət etməsi və həmin avtomobillərə yol verən sürücülərə qarşı məsuliyyətsiz davranış nümayiş etdirməsidir. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətətində bildirilib.