Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyanın Qara dəniz sualtı elektrik kabeli layihəsindən faydalanmaq imkanları müzakirə olunub

18.11.2026 [12:21]

Xəbərin mətni

Qara dəniz sualtı elektrik kabeli layihəsi Avropa İttifaqı tərəfindən dəstəklənir. Bu kontekstdə, biz Almaniyanın layihədən potensial faydalanmaq imkanlarına dair fikir mübadiləsi apardıq. Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında deyib.