Ceyhun Bayramov: Bu ilin 10 ayında Almaniyadan Azərbaycana 25 min turist gəlib
18.11.2026 [12:31]
Xəbərin mətni
Azərbaycan ilə Almaniya arasında turizm sahəsinin inkişafını müzakirə etdik. Belə ki, ötən il Almaniyadan Azərbaycana gələn turistlərin sayı 24 mindən artıqdır. Cari il isə bu istiqamətdə müsbət dinamika müşayiət edilir. İlin ilk on ayı ərzində 25 min alman turist ölkəmizə səyahət edib. Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında deyib.