Sabah Dövlət-Biznes Əməkdaşlıq Forumu keçiriləcək
18.11.2026 [12:38]
Xəbərin mətni
Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Məşğulluq Həftəsi çərçivəsində noyabrın 19-da Dövlət-Biznes Əməkdaşlıq Forumu baş tutacaq. Bununla da Məşğulluq Həftəsi dördgünlük fəaliyyətini yekunlaşdıracaq. Bunu jurnalistlərə açıqlamasında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə deyib.