Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyalı nazir: Azərbaycan Avropanın enerji təchizatında mühüm tərəfdaşlardan biridir

18.11.2026 [12:40]

Xəbərin mətni

İqtisadi münasibətlər və enerji təchizatı ilə bağlı Azərbaycan-Almaniya əlaqələrinin inkişaf etdirilməsi istiqamətində böyük potensial var. Bu, bizim enerji təsərrüfatımız, həmçinin iqtisadiyyatımız üçün vacib dəstəkdir. Bu sözləri Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.