Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniya xarici işlər naziri: Azərbaycan coğrafi baxımdan çox vacib yerdədir

18.11.2026 [13:20]

Xəbərin mətni

Azərbaycan coğrafi baxımdan çox vacib yerdədir. Belə ki, ölkə həm Rusiya, həm də İranla qonşuluq münasibətlərinə malikdir. Bu sözləri Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.