Hektardan 40 sentner məhsul, böyüyən təsərrüfatlar - Sədərəkdən reportaj
18.11.2026 [14:17]
Xəbərin mətni
Bir ovuc toxumun torpağa əmanət edilməsi ilə başlayan əkinçilik əslində zəhmətin, təcrübənin və sabaha olan inamın sınağıdır. Hər şumlanan sahədə gələcək məhsulun təməli qoyulur. Torpağa bağlılıq və hər hektardan daha çox bəhrə götürmək istəyi bu gün Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda aqrar inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib.