Yerjan Mukaş: Şuşa “Turizm paytaxtı” kimi çox gözəl tədbirlərə ev sahibliyi edib
18.11.2026 [18:37]
Xəbərin mətni
Şuşa son üç ildə böyük inkişaf yolu keçib. Şəhərdə “Turizm paytaxtı” ili çərçivəsində qastronomiya festivalı, konsertlər və digər maraqlı tədbirlər təşkil olunub. Bu cür təşəbbüslər İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında turizm əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bunu Şuşada jurnalistlərə açıqlamasında İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Yerjan Mukaş deyib.