Azərbaycan Dövlət İnformasiya Agentliyi

Emin Hüseynov: Ağdam şəhərində 3 mindən çox sakin yaşayır

20.11.2026 [15:20]

Xəbərin mətni

Bu gün tarixi bir gündür. Ağdam şəhərində işğaldan azad olunduqdan sonra ilk dəfə Şəhər Günü keçirilir. Bu gün artıq böyük qürur hissi ilə deyə bilərik ki, şəhərdə 3 mindən çox əhali yaşayır. Bu sayın növbəti aylarda sürətlə artacağı gözlənilir. Ümumilikdə, hazırda rayonda 8300 nəfər yaşayır. Bir il bundan əvvəl bu rəqəm 500-ü keçmirdi. Bunu Ağdamda jurnalistlərə müsahibəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.