Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib

20.11.2026 [17:00]

Xəbərin mətni

Yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “VAZ 2107” markalı, 90-KK-071 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Rüfət Mustafazadə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.