CƏMİYYƏT


Xaçmazda 2 min sakinin istifadə etdiyi kənd yolu yenidən qurulub

Yolun açılış mərasimində rayon rəhbərliyi, “Azəravtoyol” ASC-nin nümayəndələri və kənd sakinləri iştirak edib. Tədbirdə bildirilib ki, Ağyazı kəndinə yeni avtomobil yolunun çəkilməsi ilə iki yaşayış məntəqəsində yaşayan 2 minə yaxın əhalinin Quba-Xaçmaz avtomobil yoluna rahat və maneəsiz gediş-gəlişi təmin olunub.